Dünya futbolu

Daha 3 “Qalatasaray”lı Fətullah Gülənin badına getdi

İstanbul Cümhuriyyət Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə bağlı aparılan araşdırmalar nəticəsində “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu ilə bağlı həbs qərarı çıxarıb.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin həbsi ilə bağlı qərar verilib.

İ.Dəmiriz bu gün İstanbuldakı evində saxlanılıb. Digər şəxslərin isə ölkə xaricinə qaçdığı bildirilir.

Qeyd edək ki, daha öncə Türkiyə futbolunun canlı əfsanələrindən olan Hakan Şükürlə bağlı da həbs qərarı verilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43