Kateqoriyasız

Daha 4 il “Liverpul”da!

“Liverpul” kapitanı Cordan Hendersonla “nikah təzələyib”.

İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşməyə əsasən İngiltərə millisinin üzvü 2025-ci ilin yayına kimi “qırmızılar”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Cordan Henderson “Liverpul”a 2011-ci ildə “Sanderlend”dən transfer olub. 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 28 oyunda 1 qol, 1 asistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43