16 Sentyabr 2024
Kateqoriyasız

Daha 4 il PSJ-də!

PSJ Xavyer Pastoredən sonra Lukas Moura ilə olan müqaviləni 2019-cu ilə qədər uzadıb.

İdmanxeber.com klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə Lukas Moura 2018-2019 mövsümünün sonuna qədər PSJ-nin futbolçusu sayılacaq. İmzalama mərasimində braziliyalı futbolçu bunları deyib: “Çox xoşbəxtəm. Bu kluba gələndən sonra yuxularım çin oldu.Burada oynamaq mənim üçün bir qürurdur və ümid edirəm ki, komandamın çempionluqlar qazanmasında pay sahibi olaram. Güman edirəm ki, gələn mövsüm başda Çempionlar liqası olmaqla  bir çox kubokları başımız üzərinə qaldıracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43