"Sumqayıt"ın gənc futbolçusu Kamil Hüseynov karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, "gənclik şəhəri"nin futbolçusu Türkiyənin "Torku Konyaspor" klubunun düşərgəsinə yollanacaq. Burada baxışdan keçəcək futbolçu bəyəniləcəyi halda qardaş ölkədə karyerasını davam etdirə biləcək.
Hüseynov iyunun 19-da Türkiyə klubunun düşərgəsinə yollanacaq.