08 Sentyabr 2024
Kateqoriyasız

Daha bir bəyanat “Bakı” azarkeşlərindən gəldi: “Biz “Xəzər Lənkəran”a dəstək olmamışıq!”

“Bakı”nın “Şəhər Uşaqları” fan-klubundan BƏYANAT.

Premyer Liqanın VII turunun ötən gün keçirilən AZAL – “Xəzər Lənkəran” (1:3) oyununda fan klubumuzun adı ilə bağlı bəzi yerli mətbu orqanlarda yalnış informasiyalar tirajlanmaqdadır.

Belə ki, hansısa bir azarkeşin həmin oyunda “Xəzər Lənkəran” klubuna dəstək olmasını, BAKI FK-nun azarkeşlərinin mövqeyi olaraq qələmə alınmışdır.

Son günlərdə, fan klubumuzun artan nüfuzu, fərqlilik və xüsusən də azarkeşlərimiz arasında olan rəngarənglik predmeti görünür ki, bizləri istəməyən bəzi qüvvələr tərəfindən narahatçılıqla qarşılanmaqdadır. Məhz buna görədir ki, bu cür pravakatsiyon xəbərlərin fan klubumuzun adına ünvanlanmasına son günlər tez-tez şahidi oluruq.

Bizlər, Bakı FK-nun müstəqil fəaliyyət göstərən “Şəhər Uşaqları” fan klubu olaraq bu cür yersiz yayılmış xəbərləri qeyri-ciddi jurnalist işinin “əməyi” olaraq qiymətləndiririk.

Hesab edirik ki, bir nəfər adi insanın mövqeyini bütün BAKI FK-nın azarkeşlərinin ümumi mövqeyi olaraq düşünüb, yazmaq yalnış bir məntiqin məhsuludur.

Bizim üçün bütün digər yerli klublarımıza münasibət bərabər və xoş elementlər şəklində qurulmuşdur.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmədən bu cür xəbərləri yayan mətbuat orqanlarından , fan klubumuzun bəyan etdiyi hazırki açıq münasibətini də eyniylə dərc etmələrini gözləyirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43