Kateqoriyasız

Daha bir futbolçu “Qəbələ”dən ayrıldı: Yeni klubu bəlli oldu

“Zirə” yay transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirir.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ”nin kapitanı Cavid Hüseynovu heyətinə qatan “qartallar” əyalət təmsilçisindən daha bir futbolçunu “oğurlayıb”. Söhbət Elvin Camalovdan gedir.

“Zirə” azad agent statusuna malik gənc yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb. Klub yaxın günlərdə bu keçidi rəsmən açıqlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43