Ölkə futbolu

Daha bir futbolçu “Qarabağ”dan ayrılır

“Qarabağ”ın albaniyalı futbolçusu karyerasını Amerikada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Kosmos” klubu “Qarabağ”ın futbolçusu Ansi Aqolliyə təklif göndərib. Tərəflər arasında transferlə bağlı artıq 10 gündən çoxdur danışıqlar aparılır.  Əgər danışıqlar müsbət nəticələnsə, 36 yaşlı alban müdafiəçi elə bu ay Ağdam klubunu tərk edəcək .

Aqollinin “Qarabağ”la müqaviləsi  mövsümün sonu başa çatır.

Qeyd edək ki, A.Aqolli  2011-ci ildən “Qarabağ”da oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43