Ölkə futbolu

Daha bir futbolçu “Qarabağ”dan göndərilir

“Qarabağ” daha bir futbolçu ilə yollarını ayıracaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayevin çıxışından narazıdı. Təcrübəli mütəxəssis əsas heyətə düşə bilməyən Abdullayevi gələcək planlarında görmür. Məhz bu səbəbdən də onunla 2020-ci ilin yay ayına kimi bağlanılmış müqavilə uzadılmayacaq.

Qeyd edək ki, Araz Abdullayev müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsusdu. O, icarə əsasında “köhlən atlar”da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43