Ölkə futbolu

Daha bir futbolçu “Qəbələ”ylə oyunda “Simurq”a kömək edə bilməyəcək

Topaz Premyer Liqasının VIII turuna hazırlıqları davam etdirən “Simurq”, ötən gün “Şəfa” stadionunda növbəti məşqinə çıxıb. İki saata yaxın davam edən sonuncu məşqdə Georgi Çixradzenin yetirmələri əsasən taktiki təmrinlər ibarət çalışmaları yerinə yetirib.

İkitərəfli oyundan sonra isə komandada müxtəlif “ev tapşırıqları” hazırlanıb, qapıya zərbələr yerinə yetirilib.

“Simurq” bu gün axşam saatlarında növbəti məşqinə çıxaraq “Qəbələ” ilə oyunun hazırlığını tamamlayacaq və istirahətə çəkiləcək. Zaqatalalıların heyətində Draqan Çeran cəzalı olduğundan, Rövşən Əmiraslanov isə köhnə zədəsində yenidən ağrıların olması səbəbindən bu görüşdə forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Simurq” – “Qəbələ” oyunun sentyabrın 29-da saat 18:00-da “Şəfa” stadionunda keçiriləcək və İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43