Kateqoriyasız

Daha bir futbolçu “Sumqayıt”dan getdi

Daha bir futbolçu “Sumqayıt”dan ayrılıb.

İdmanxeber.az xəbər verir ki,  bu barədə yarımmüdafiəçi özü şəxsi “Feysbuk” səhifəsində məlumat verib. Klub rəhbərliyi, komanda yoldaşları və azarkeşlərə təşəkkür edən 28 yaşlı oyunçu ölkə kubokunu qazana bilmədikləri üçün təəssüfünü dilə gətirib. İsrail əsili futbolçu sonda isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə Bakıda keçiriləcək oyunlarda millimizə uğurlar arzulayıb.

Qeyd edək ki, Babayev “Sumqayıt”a ötən yay İsrilin “Hapoel Raanana” klubundan keçmişdi. O, “gənclik şəhəri” təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43