Ölkə futbolu

Daha bir futbolçumuzu “ac” qoydular: azərbaycanlı futbolçu Türkiyə klubundan ayrılır – ÖZƏL

Türkiyənin birinci liqasında çıxış edən "Kahramanmaraşspor"un azərbaycanlı futbolçusu Murad Axundzadə qışda komandadan ayrılacaq.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu türk klubunda hələ də maaşını ala bilmir. Bu barədə saytımıza açıqlama verən Axundzadə xəbəri təsdiqləyib: "Ayrılmaq üzrəyəm. Neçə aydı maaşımı ala bilmirəm. Ancaq cibxərcliyi verirlər".

Azər Axundlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43