Kateqoriyasız

Daha bir həmyerlimiz rəsmən Türkiyə klubunda

“Bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmovun yeni komandası məlum olub.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Türkiyənin “Adanaspor” klubuna transfer olunub. Türkiyənin birinci liqasında çıxış edən “Adanaspor” Cəmşid Məhərrəmov ilə 1.5 illik müqavilə imzalayıb.

Onu da qeyd edək ki, xəbəri Türkiyə təmsilçisinin rəsmi saytı yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43