Ölkə futbolu

Daha bir klub Azərbaycan Kubokundan imtina etdi

Bu gün “Ağsu” futbol klubu Peşəkar Futbol Liqasına (PFL) məktub ünvanlayıb. 

İdmanxeber.com-un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub 2016/2017-ci illər mövsümündə Azərbaycan Kuboku uğrunda yarışlarda iştirak etməyəcəyini bildirib.

Nəticədə Kubok uğrunda 18 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan kubokunda “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor” və “Səbail” komandaları çıxış edəcək. Kubokun püşkatma mərasimi sabah keçiriləcək. Daha əvvəl “Mil-Muğan”, “Göyəzən” və “Energetik” komandaları turnirdə iştirakdan imtina edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43