16 Sentyabr 2024
Kateqoriyasız

Daha bir legioner “Neftçi”dən gedir

Yayda “Neftçi”ni tərk edəcək daha bir futbolçunun kimliyinə aydınlıq gəlib. Melvin Platyenin İsveçin “Kalmar” klubuna icarəyə verilməsi və Rəşad Sadiqovun göndəriləcəyi məsələsindən sonra “ağ-qaralar” bu dəfə legioner futbolçuya qapını göstərəcək.

İdmanxeber.com DailySport.az-a istinadən xəbər verir ki, “Neftçi”nin ötən yay heyətinə qatdığı Pavel Doroşevs mövsümün sonunda göndəriləcək. Yayda paytaxt təmsilçisi ilə anlaşma müddəti bitəcək latviyalı qolkiperin müqaviləsi uzadılmayacaq.

“Neftçi” əsasən Saşa Stamenkoviçə güvəndiyindən Doroşevs daha çox ehtiyatda qalır. Bundan əlavə, komandanın yayda “Araz-Naxçıvan”da icarədə olan gənc qapıçısı Emil Balayevi geri qaytaracağı da verilən qərarda böyük rol oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43