İdman

Daha bir medal gəldi

Azərbaycan yığması Rio-2016 Paralimpiya Oyunlarında daha bir medal qazanıb. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, atlet Yelena Çebanu gümüş medala layiq görülüb.

 

O, 100 metrə məsafəyə qaçışda ikinci yeri tutub. Çebanu 11.71 saniyə nəticə göstərib. Paralimpiya çempionu isə kubalı Omara Durand olub – 11.40 saniyə.

 

Qeyd edək ki, daha əvvəl cüdoçular Ramil Qasımov qızıl, Bayram Mustafayev gümüş, Rövşən Səfərov isə bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43