Dünya futbolu

Daha bir oyunçu Xorvatiya millisini tərk etdi

Subaşıç yığma karyerasını bitirib.

Xorvatiya millisinin qapıçısı Daniyel Subaşıç milli forma ilə vidalaşıb. O, bu barədə yerli Futbol Federasiyasının saytına açıqlama verib. Subaşiç ” On il geyindim bu forma ilə vidalaşmaq vaxtı gəldi. Bugünə kimi çalışdığım bütün baş məşqçilərə təşəkkür edirəm. Onlardan çox şey öyrəndim. Dünya çempionatında oynamaq xəyalım var idi. Onu gerçəkləşdirdim. Xorvatiya futbolunu gənclərə əmanət edirəm.” deyə bildirib.

Qeyd edək ki, Subaşiç Mandzukiç və Çorlukanın ardından millidən gedən üçüncü futbolçu olub.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43