Dünyadan

Daha bir ulduz futbolçu Çin klubunda

Braziliya millisinin üzvü Aleksandre Pato karyerasını Çində davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, “Vilyerreal”dan ayrılan hücumçu Çinin “Tianjin Quanjian” klubu ilə müqavilə imzalayıb. 27 yaşlı futbolçu Çində  ilinə 5,4 milyon avro qazanacaq.  

Qeyd edək ki, Pato karyerası ərzində “Milan” və “Çelsi” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43