Dünyadan

Daha bir ulduz futbolçu karyerasını bitirdi

“Çelsi” və “Barselona”nın sabiq futbolçusu Deku futbolçu karyerasını başa vurub.

Bu barədə portqaliyalı futbolçu jurnalistlərə açıqlamasında deyib. Yarımmüdafiəçi karyerasını bitirməsinə səbəb kimi zədələrinin olmasını göstərib: “Böyük bir təəssüf və peşmanlıqla peşəkar futbolçu həyatımı başa vururam. Davam etmək və komandama kömək etmək  istərdim. Ancaq zədələrim buna imkan vermir”.

Qeyd edək ki, futbolçunun son klubu “Flumenense” olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43