Ölkə futbolu

Daha çoxunu “Zirə” təklif etdi – son anda baş tutan transferin MÜQAVİLƏ DETALLARI

“Zirə” “Kəpəz”in müdafiəçisi Elçin Əlicanovu heyətinə qatıb.

İdmanxeber.az-a verilən məlumata görə, futbolçunun “qartallar”dakı qazancı da bəlli olub. Müdafiəçi iki ildə toplam 160 min manat maaş alacaq.

O, “Zirə”dəki birinci ilində 70 min, növbəti mövsüm üçün isə 90 min manat qazanacaq. Bununla yanaşı, futbolçuya komandanın hər qələbəsində mükafat da ödəniləcək.

Xatırladaq ki, 24 yaşlı futbolçu “qartallar”la iki illik müqavilə bağlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43