İdman

“Daha futboldan danışmayacam” – “Real”ın dünya çempionu olacağını deyən deputat

Milli Məclisin deputatı Azər Badamovun Rusiyada keçirilən DÇ-2018-də “Real”a (Madrid) azarkeşlik edəcəyini və bu klubun dünya çempionu olacağını deməsi ciddi ajiotaj yaratdı.

Bəs görəsən, millət vəkili Azər Badamov qarşıdakı turnirlərdə hansı komandaya azarkeşlik edəcək?

İdmanxeber.com-un məlumatına görə, azxeber.com məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamovu danışdırıb.

Millət vəkili bildirib ki, o bundan sonra heç bir komandaya azarkeşlik etməyəcək: “Mən demişdim ki, “Real”ın əsas heyəti İspaniya millisində oynayır və bu səbəbdən ispanlara azarkeşlik edirəm. Bunu başqa cür təqdim etdilər. Daha futboldan danışmayacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43