Kateqoriyasız

Daha iki il “Neftçi”də!

“Neftçi” baş məşqçisi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi vəzifəsinə namizədliyi təsdiqlənib. Onun daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43