Kateqoriyasız

“Daha yaxşı olacağıq” – Elmar Baxşıyev

Premyer Liqanın 3-cü turunun “Kəpəz” – “Qəbələ” matçından sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, Baxşıyev matçla bağlı bunları deyib:

“Çətin oyun olacağını bilirdik. “Kəpəz” sonuncu pillədə olsa da, heyətində maraqlı futbolçuları var. Onlara uğurlar arzulayıram və inanıram ki, qarşıdakı turlarda daha da yaxşı olacaqlar. Komandamı daha ağır oyuna hazırlayırdıq. Qələbəyə görə kollektivi təbrik edirəm və inanıram ki, qarşıdakı turlarda daha məzmunlu, daha dinamik oyun oynacağıq”.

“Qəbələ”nin çalışdırıcısı Asif Məmmədovun ehtiyatda qalmasına da münasibət bildirib: “Mənim üçün əsas və ehtiyat oyunçu anlayışı yoxdu. 16 oyunçum var və hər biri start heyətində oynamağa qadirdi. Bir turda biri oynayacaq, o biri turda başqası. Deməyim odur ki, bütün futbolçularım əsas heyət üzvləridi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43