Kateqoriyasız

“Dalğa Arena”da debüt, mövsümdə 10-cu

Topaz Premyer Liqasının XII turu Səbuhi Bayramovun baş hakim kimi debütü ilə diqqət çəkib. Gənc referi “Dalğa Arena”da keçirilən “Zirə” – “Sumqayıt” matçını (3:1) idarə edib. O, cari mövsüm Premyer Liqa oyunlarında baş hakim kimi meydana çıxan 10-cu ədalət təmsilçisi olub. O, ölkə çempionatları tarixinə 98-ci baş hakim kimi düşüb.

Qeyd edək ki, Bayramov debüt matçında rəqiblərə eyni sayda – hərəsinə 2 sarı vərəqə göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43