Kateqoriyasız

“Damarımda Azərbaycan qanı axarkən…” – Rəhim Sadıxov

Kiprlə keçirilən görüşdə (1:0) debüt edən Azərbaycan yığmasının futbolçusu Rəhim Sadıxov oyun haqda fikirlərini bölüşüb.

Idmanxeber.az-ın məlumatına görə, inamlı oyunu ilə fərqlənən “Sumqayıt”ın yarımmüdafiəçisi şəxsi İnstaqram səhifəsində bununla bağlı paylaşım edib. O, millimizin formasını geyindiyi üçün qürur duyduğunu yazıb:

“Bütün azarkeşlərə, bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm. Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43