İdman

Dani Alveş yeni ili Bakıda qarşılayacaq

PSJ-nin dünya şöhrətli futbolçusu Dani Alveş Bakıya gələcək.

İdmanxeber.com-un “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçi yeni ili ölkəmizdə qarşılamaq niyyətindədi. Onun, dekabrın 31-i “Hilton” oteldə təşkil olunacaq yeni il şənliyində iştirak etməsi gözlənilir.

Qəzet yazıb ki, bu tədbirə Türkiyənin ünlü diceyi Faruk Sabançı da çıxış edəcək və buna görə 40 min dollar mükafat alacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43