İdman

Dani Kintana: “Atletiko”ya kömək yox, “Roma”dan xal almaq istəyirəm”

“Düşüncəm “Atletiko”ya kömək etmək yox, “Roma”dan xal almaq, onları məğlub etməkdi“.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Roma” ilə oyun öncəsi “COPE”yə açıqlamasında deyib.

İspan yarımmüdafiəçi bildirib ki, “Roma”nı məğlub etmək  asan olmayacaq: “Amma məncə, bu, utopiya deyil. Biz Romada uğurlu nəticə əldə edəcəyimizə inanırıq”.
 
Qeyd edək ki,  “Roma” – “Qarabağ” matçı bu gün  Bakı vaxtı ilə 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43