İdman

Dani Kintana: “Bizə Azərbaycanda çox yaxşı yanaşırlar”

“Qarabağ”ın futbolçusu Dani Kintana “Atletiko” matçı öncəsi “Cadenaser” radiosuna açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, ispan futbolçu qrup mərhələsindəki çıxışları və Bakıdakı həyat tərzi haqda danışıb: “Biz ev oyunlarımızda çox yaxşı oluruq. Rəqibə təhlükəli anlar yaşada bilirik. İrəli getmək istəyirik, ancaq bu bir o qədər asan olmayacaq. Azərbaycanda çox yaxşı yaşayırıq. Polşadan olan həyat yoldaşımla xoşbəxtəm. Bakıda elə bir ətraf var ki, futboldan kənar olanda belə, yaşaya bilirsən. Bizə Azərbaycanda çox yaxşı yanaşırlar. Şəhərdə gəzərkən hər hansı problemlə üzləşmirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43