Ölkə futbolu

Dani Kintana əməliyyat edildi

Premyer Liqanın XVI turunda AZAL-la səfər matçında zədələnən “Qarabağ”ın legioneri Dani Kintana diz bağlarının qopduğu barədə məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, zədədən bir neçə gün sonra İspaniyaya yollanan futbolçu əməliyyat edilib. 29 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Qeyd edək ki, Kintana ən az 6 ay yaşıl meydanlardan uzaq qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43