Dünya futbolu

Danimarka millisində xaos

Futbol üzrə Milli komandaya futzal oyunçuları cəlb olunub.

İdmanxeber.az-ın məlumatına görə, Danimarka Futbol Federasiya ilə milli üzvləri arasında yaşanan kommersiya hüququ problemi oyunçuların yığmadan imtina etməsi ilə nəticələnib. UEFA-dan gələ biləcək sərt cəzanı nəzərə alan federasiya qısa vaxt ərzində tamamilə yeni komanda formalaşdırıb. Maraqlıdır ki, 23 nəfərlik heyətdə futzal yığmasının 4 üzvü də yer alıb. Digərləri isə Danimarkanın aşağı liqalarında oynayan futbolçulardır.

İddiaya görə, bəzi futbolçular əvvəlcə federasiyanın dəvətini qəbul etsələr də, sonradan təhdidlərə görə fikirlərindən daşınıblar. Hətta millinin baş məşqçisi Oqe Hareyde də özünün seçmədiyi komandanı meydana çıxarmaq istəmir. Nəticədə federasiya bu vəzifəyə də müvəqqəti məşqçi gətirib. Slovakiya və Uelslə oyunlarda komandanın sükanı arxasında veteran futbolçu Con Yensen olacaq. Ona Hasse Kun köməklik edəcək.

Qeyd edək ki, Danimarka millisi Slovakiya ilə bu gün, Uelslə isə sentyabrın 9-da üz-üzəgələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43