Dünya futbolu

Danışıqlar dayandı – Messi PSJ-dən ayrılır?

Lionel Messi PSJ ilə müqaviləni yeniləməyə tələsmir.

İdmanxeber.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilir ki, argentinalı hücumçu Paris klubu ilə danışıqları saxlayıb. Dünya çempionatından öncə klub rəhbərliyinin Messi ilə bir il daha müqavilə uzadacağı gözlənilirdi.

Ancaq ulduz futbolçu hazırda sözləşmə yeniləməyə tərəddüd edir. 35 yaşlı oyunçunun müqavilə şərtlərini bəyənmədiyi iddia edilir.

Xəbərdə Messinin “Barselona” və ya Səudiyyə Ərəbistanı klubları ilə danışıq apardığı iddialarının doğru olmadığı da vurğulanıb.

Ulduz futbolçunun PSJ ilə mövsümün sonuna qədər müqaviləsi var.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43