10 Dekabr 2018
Müsahibə

Dario Federiko: “Hesabı qorumağa çalışırdıq”

“Neftçi”nin hücumçusu: “Hər iki komandanın futbolçuları oyundan soyudular”
“Bu gün qeydə alınan nəticəni Avropa Liqasında “Uypeşt”ə məğlubiyyətlə müqayisə etməzdim. Fərqli vəziyyətlərdir. Orada mübarizəni dayandırdıq, burada isə çempionat davam edir. Liderik, sona qədər başımızı dik tutub mübarizə aparacağıq”.
İdmanxeber.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Dario Federiko Azərbaycan Premyer Liqasının XI turunda “Zirə” ilə 2:2 hesablı heç-heçədən sonra söyləyib. 27 yaşlı hücumçunun sözlərinə görə, paytaxt təmsilçisi qələbəni əldən verib: “Çempionluq uğrunda mübarizə aparırıq və hər oyun bizim üçün çətin keçir. Matçlara hazırlaşanda rəqbilər arasında fərq qoymuruq. “Zirə” sona qədər oynadı və qələbəni əldən verdik”.
Matçın gedişində “Neftçi”nin məşqçisi Fizuli Məmmədov huşunu itirib, “Zirə”nin qapıçısı Anar Nəzirovun isə dili qatlanıb. Braziliyalı forvard bildirib ki, bu olaylar futbolçulara da təsir edib: “Qol vurduğumuz vaxt məşqçimizin səhhətində problem yarandı. Bu, elə də çox təsir etmədi. Amma rəqibin qapıçısı meydanı tərk edəndan sonra hər iki komandanın futbolçuları oyundan soyudular. İki dəfə önə keçməyimizə rəğmən, hesabı qoruya bilməməyimizə gəlincə, bəxtsizlikdən qollar buraxdıq. Futbolda belə şeylər olur. Öndə olduğumuz üçün hesabı qorumağa çalışırdıq. Amma rəqibin epizodu oldu və fərqləndilər”.

Oxşar xəbərlər

Rəşad Sadıqov “İnter”lə oyundan öncə ehtiyatlı danışdı: “Bizi ağır oyun gözləyir” – MÜSAHİBƏ

admin

“Xəzər Lənkəran”ın baş məşqçisi: “Hər şey yazda keçiriləcək iclasda qəbul edilən qərardan aslıdır” – MÜSAHİBƏ

admin

Rəşad Sadıqov: “Bu futbolçulara simpatiyam var” (MÜSAHİBƏ)

admin