Ölkə futbolu

Dario Federiko “Kəpəz”ə qoşuldu

Həftəsonu Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq və komandalar mövsümün ikinci hissəsi üçün mübarizəyə start verəcəklər.

İdmanxeber.com-un məlumatına görə, 2017-ci ilin ilk rəsmi matçında, XV turda “Kəpəz” səfərdə “İnter” ilə qarşılaşacaq.

Bakıda keçirilən təlim-məşq toplanışından sonra iki gün istirahət edən “sarı-göylər” bu gündən qarşıdakı oyunun hazırlığına start veriblər. Komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır. Gəncə klubunun məşqi saat 11:00-da başlayıb. Yanvarın 26-na kimi “Kəpəz” eyni vaxtda Mərdəkanda məşqə çıxacaq. “Kəpəz” Bakı təmsilçisi ilə matçdan öncəki hazırlıq prosesini görüşə ev sahibliyi edəcək “İnter Arena”da keçirəcək.

Türkiyədə bir müddət öncəki qeyri-sabit hava şəraitinə görə vətəni Braziliyada ləngiyən Dario Frederiko da artıq komandaya qoşulub və məşqlərdə iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43