Ölkə futbolu

Dario Frederiko Cənubi Koreya klubunda – rəsmi

Dario Frederiko karyerasını Cənubi Koreyada davam etdirəcək.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Cənubi Koreya təmsilçisi “Daequ” klubu ilə razılığa gəlib. Açıqlamada Asiya klubunun “Neftçi”yə tələb olunan kompensasiyanın ödənildiyi də bildirilib.

Daha öncə Cənubi Koreyanın “Sonnam” klubunda forma geyinən Dario oradakı uğursuz çıxışından sonra  “Kəpəz”ə qayıtmışdı.

Qeyd edək ki, Dario Frederiko bu mövsüm “Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb, 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43