İdman

Dario Frederiko özü açıqladı: “Neftçi”yə keçidimi gözləyirəm”

“Kəpəz”in lideri Dario Frederiko rəsmən komandadan ayrılıb.

İdmanxeber.com-a açıqlamasında bu barədə futbolçu özü məlumat verib. Gəncə klubunda xoş günlərinin keçdiyini bildirən “sambaçı” futbolda bu cür halların baş verə biləciyini vurğulayıb:

“Kəpəz”dən ayrılmaq mənim üçün asan olmadı. Ancaq bəzən başqa təklifləri dəyərləndirməli olursan”.

Dario “Neftçi” ilə danışıq aparmasını isə gizlətmədi: “Bəli, “Neftçi” ilə danışıq aparıram, ancaq dəqiq bir şey yoxdu. Hər şeyi zaman göstərəcək. Yeni komandaya keçidimi gözləyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43