İdman

Dario Frederikonun “Kəpəz”dəki yeni forma nömrəsi bəlli oldu

Qış transfer pəncərəsində “Kəpəz”ə gələnlər arasında şübhəsiz köhnə-yeni futbolçu Dario Frederiokunun keçidi daha çox marağa səbəb oldu.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçunun Gəncə klubuna transfer olunmasından sonra azarkeşləri maraqlandıran tək sual onun “sarı göylər”də neçə nömrəli formayla çıxış edəcəyi ilə bağlı idi. Rəhbərlik və futbolçular arasında keçirilən iclasda gəncəlilərin “sevimli”sinin 91 nömrə ilə oynayacağı bəlli olub. Frederiko fevralın 11-i Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı doğum tarixi olan 91 rəqəmli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dario “Kəpəz”də çıxış etdiyi 2015-2017-ci illərdə 10 nömrəli formanı geyinib. Hazırda həmin formanı onun klubdakı ən yaxın komanda yoldaşı Tural Rzayev tərlədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43