16 Sentyabr 2019
İdman

Darko Milaniç: “İlk hissədə göstərdik ki…”

“Möhtəşəm oyun keçirdik. Biz daha güclü komanda idik”. 

İdmanxeber.com-un məlumatına görə, bunu “Maribor”un baş məşqçisi Darko Milaniç deyib.

 

Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”ni qəbul edən Sloveniya klubu 1:0 hesablı qələbəyə baxmayaraq, mübarizəni dayandırıb. Çünki Bakıdakı matçda təmsilçimiz 2 top fərqi ilə (3:1) qalib gəlmişdi.

 

Dünənki oyundan sonra mətbuat konfransında fikirlərini bildirən Milaniç mərhələ adlamağa layiq oyun göstərdiklərini söyləyib: “Avropa Liqasının pley-off mərhələsində nadir hallarda oyun bir komandanın dominantlığı ilə keçir. Uşaqlar təbrikə layiq çıxış etdilər. Hələ ilk hissədə göstərdik ki, vaxt itirmədən qollar vurmaq istəyirik. Nəyin bahasına olursa-olsun, hücum etməli idik. Təbii ki, kor-koranə yox, plan üzrə. Qonaqlar yaxşı müdafiə olunduğundan, bizə boş sahə vermirdilər. Elə ki, boşluq görürdük, dərhal təhlükə yaradırdıq. Oyunu hücumda keçirdik, rəqibə göz açmağa imkan vermədik. Təəssüf ki, bu, uğur qazanmaq üçün kifayət etmədi”.

 

49 yaşlı mütəxəssis Avrokubokla vidalaşdıqları üçün məyus olduqlarını bildirib: “Ancaq bu oyunu gördükdən sonra özümü xoşbəxt saya bilərəm. Çünki gözəl çıxış etdik. Hiss edirəm ki, bu uşaqlar gələcəkdə istədiyimiz nailiyyəti əldə edə biləcəklər. Digər matçlarda da bu cür enerjili oynasaq, hər şey fərqli olar. İndi bunu təkrarlamaq lazımdı. Bilirəm ki, çempionat qarşılaşmalarında belə ajiotaj olmayacaq, tribunalar tam dolmayacaq. Ancaq oyun baxımından geriləmək olmaz. Artıq çempionata köklənməliyik. Vaxtımız da çox deyil”.(Apasport)

Oxşar xəbərlər

“Səbail” – “Qəbələ”: heyətlər açıqlandı

admin

“Qarabağ” darmadağınla növbəti mərhələdə!

admin

“Ermənistanın “Bakı 2015” I Avropa Oyunlarını yayımlamaq istəyi var, amma…”

admin