Dünya futbolu

David Vilyadan möhtəşəm qol – VİDEO

Amerika Milli Futbol Liqasının (MLS) VI turu çərçivəsində baş tutan “Filadelfiya Yunion” – “Nyu-York Siti” görüşündə qonaqlar 2:0 hesablı qələbə qazanıb.

“Nyu-York Siti”nin hücumçusu David Vilya baxımlı qola imza atıb. 36 yaşlı ispaniyalı futbolçu 90-cı dəqiqədə mərkəz xətti yaxınlığından topu qapıya göndərib və komandasının 2-ci qoluna imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43