Dünya futbolu

Davor Şükerdən Azərbaycanla oyun barəsində açıqlama

AVRO 2020-nin qrup mərhələsindəki rəqiblərimizdən olan Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker ölkə mətbuatına açıqlama edib. O, Azərbaycanla keçiriləcək görüşün Zaqrebdə olacağını bildirib:

“Azərbaycanla oyunu Zaqrebdə keçirməyə qərar verdik. Bundan başqa evdə daha 3 oyunumuz var. Onları fəqrli şəhərlərdə oynaya bilərik. Müəyyən bölgələrdə millinin oyunlarına böyük maraq olduğunu gördük. Çalışacayıq ki, oyunları digər şəhərlərimizdə də keçirək”

Xorvartiya – Azərbaycan oyunu martın 21-də “Maksimir” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43