Ölkə futbolu

Davut Kərimi: “Azarkeşlərimiz məyus olmasın, onlar unutmasınlar ki…”

“Sumqayıt”la oyunda yaxşı oynamışdıq, “Zirə” ilə matça da pis başlamadIq. “Neftçi” ilə qarşılaşmanı da qənaətbəxş hesab etmək olar”.
İdmanxeber.com-a açıqlamasında bu sözləri “Kəpəz”in qapıçısı Davut Kərimi deyib. Çempionata uğursuz start vermələrindən danışan “əlcək sahibi” Azərbaycan Premyer Liqasının III turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə oyundan danışıb: “Düzü, “Neftçi” həmin gün bizdən daha istəkli idi. Bir neçə vəziyyətdə də qola yaxın oldular. Komandamı qoldan xilas etdiyim epizodlar olsa da, bunların hamısı mənim payım deyil. Müdafiəçilərimiz də artıq toparlanıblar. Ötən oyunlarda buraxdığımız səhvləri təkrarlamamağa çalışdıq. Hər oyuna çıxanda Şahin müəllim bizə deyir ki, məqsədimiz 3 xal qazanmaqdı. Azarkeşlərimiz məyus olmasın, unutmasınlar ki, ötən il də biz turnir cədvəlinin aşağı sıralarında idik. Ancaq “Neftçi” ilə heç-heçə etdik və ardınca 7 oyunda qələbələri sıraladıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43