Dünyadan

DÇ-2014: Hollandiya millisində ciddi itki

Braziliyada keçiriləcək dünya çempionatına hazırlaşan Hollandiya millisində ciddi itki baş verib.

İdmanxeber.com-un məlumatına görə, komandanın qol silahı Robin Van Persi sıradan çıxıb. "Mançestr Yunayted"in forvardı məşq zamanı zədələnib.

 

Təcrübəli futbolçunun zədəsinin ciddi olub-olmadığı hələlik məlum deyil. Hər şeyə tibbi müayinədən sonra aydınlıq gələcək. Buna baxmayaraq məşqçi heyəti narahatlığını dilə gətirib.

 

Qeyd edək ki, hollandiya millisi dünya çempionatı ərəfəsində artıq bir futbolçusunu itirib. Bu "Roma"nın yarımmüdafiəçisi Kevin Stratmondur. O mart ayında diz oynağının xaçşəkilli bağlarının qırılması nəticəsində mundialdan kənarda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43