08 Sentyabr 2024
Dünyadan

DÇ-2014: Komandalardan kimisi Qurani Kərim, kimisi banan, kimsi də sabun tələb etdi… – MARAQLI

Bu gün startı veriləcək 20-ci dünya çempionatının bir neçə iştirakçısı ilə bağlı maraqlı xəbərləri sizin nəzərinizə çatdırırıq.

İdmanxeber.com-un məlumatına görə, Əlcəzair millisi futbolçularının qaldıqları hər otaqda Qurani Kərim olmasını tələb etdi. Kosta Rika seçməsi isə hər gün dolu bir səbət banan sifarişi verib.

Yaponiyalı futbolçular hər otaqda cakkuzi, Honduras isə hər otaqda azı 2 Honduras və 4 ispan dilində tərcüməsi olan televiziya kanallarının olmasını tələb etdi. 

Fransa millisi hər otaqda iki cür sabun olmasını tələb etdi. Bu sabunlardan biri əl, digəri bədən yumaq üçündü. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43