Dünyadan

DÇ-2014 üçün proqnozu pandalar verəcək

Çinlilər Braziliyada keçiriləcək dünya çempionatı oyunlarında pandalardan proqnoz vermək üçün istifadə edəcəklər.

İdmanxeber.com-un məlumatına görə, CAR-da keçirilən 2010-cu il dünya çempionatında oyunların nəticələrini düzgün tapan Paul adlanan səkkizayaqlı ilbizin çinliləri yanıltmaması, onları yenidən bu işə vadar edib.

Çinin Siçuan əyalətindəki zooparkdan seçiləcək pandalara qələbə, bərabərlik və məğlubiyyəti təmsil edəcək 3 qab yemək veriləcək və onlardan birini seçməsi istəniləcək. 

Braziliyadakı mundialda yarımfinal, final kimi həlledici mərhələrdə isə pandalardan komandaların bayraqlarıyla bəzənmiş ağaclardan birinə çıxmaq tələb olunacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43