İdman

DÇ-2018: I səbətdə yer alacaq komandalar artıq məlumdu

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi üçün ilk səbətdə yer alacaq komandalar bəlli olub. 

İdmanxeber.com-un məlumatına görə, birinci səbətdə  Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa və təşkilatçı ölkə Rusiya kimi komandalar var.

Bu komandalar qrup mərhələsində bir-biri ilə qarşılaşmayacağı dəqiqdi. Püşkatma mərasimi dekabrın 1-də Kremldə keçiriləcək. 

Qeyd edək ki, hələlik 23 ölkə dünya çempionatına vəsiqəni təmin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43