İdman

DÇ-2018-in püşkatması Kremldə

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali məlumat verib.

Mutko bildirib ki, bu il dekabrın 1-də püşkatma mərasimi Kremldə baş tutacaq.

Qeyd edək ki, milli komandamız DÇ-2018-in seçmə mərhələsində Almaniya, Norveç, Şimali İrlandiya, Çexiya və San Marino ilə eyni qrupda mübarizə aparır. Yığmamız 4 turdan sonra 7 xalla qrup 3-cüsüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43