İdman

DÇ-2018-in rəmzi komandası açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) başa çatan DÇ-2018-in rəmzi komandasını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Tibo Kurtua (Belçika)

Müdafiəçilər: Tomas Menye (Belçika), Tiaqo Silva (Braziliya), Rafael Varan (Fransa), Yerri Mina (Kolumbiya)

Yarımmüdafiəçilər: N’qolo Kante (Fransa), Luka Modriç (Xorvatiya), Pol Poqba (Fransa)

Hücumçular: Killian Mbappe (Fransa), Eden Hazard (Belçika), Antuan Qrizmann (Fransa)

Baş məşqçi: Didye Deşam (Fransa)
Qeyd edək ki, DÇ-2018-in qalibi Fransa olub. Yığma həlledici matçda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43