İdman

DÇ-2018: İngiltərə və İspaniya II səbətə düşdü

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi üçün ilk səbətdə yer alacaq komandaların ardından növbəti 3 səbətdə olacaq komandalar da bilinib.

İdmanxeber.com-un məlumatına görə, birinci səbətdə  Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa və təşkilatçı ölkə Rusiya kimi komandalar var. İngiltərə, İspaniya, Kolumbiya, Meksika və Uruqvayın isə II səbətdə olacağı dəqiqləşib. III səbətin komandaları isə İslandiya, Kosta-Rika, Misir və İrandı. Sonuncu, 4-cü səbətdə isə Serbiya, Nigeriya, Yaponiya, Cənubi Koreya, Panama, və Səudiə Ərəbistan milliləri yer alıb. Eyni səbətdə qərarlaşan millilərin qrup mərəhləsində bir-birinə rəqib olmayacağını da xatırladaq.

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 1-də Kremldə keçiriləcək. Hələlik 23 ölkə dünya çempionatına vəsiqəni təmin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43