Dünya futbolu

DÇ- 2022-də neçə komanda olacaq ?

2022-ci ilində Qətərdə keçiriləcək dünya çempionatında komandaların sayının atırılması üçün FİFA rəsmiləri Amerikada qətərli idarəedicilərlə görüşəcək.

İdmanxeber.az-ın məlumatına görə, FİFA 2026-cı ildə mundiala qatılacaq komandaların sayının 48-ə çıxarılması yönündə qərar versə də, qurumun rəhbəri İnfantino bunun 2022-ci ildən qüvvəyə minməsini istəyir. Əgər Qətərdəki çempionatda komanda sayı 48 olsa, oyunların bəzilərinin Oman və Küveytdə  keçiriləcəyi bildirilir.

2022 dünya çempionatının noyabr və dekabr aylarında keçiriləcəyi  dəqiqləşsə də, komandaların sayının artacağı təqdirdə bu vaxtın daha da uzanacağı ehtimal olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43