Kateqoriyasız

DÇ-2022-nin qalibi Argentina oldu!

Bu gün dünya çempionatının finalında Fransa yığması ilə Argentina üz-üzə gəlib.

İdmanxber.az-ın məlumatına görə,  polşalı referi Şimon Marçinyakın idarə etdiyi görüşün əsas vaxtı 2:2 hesabı ilə sona çatıb. Əlavə vaxta gedən qarşılaşmada komandalar hərəyə daha bir qol vurub – 3:3.

Penaltilər seriyasında isə Argentina millisi Fransanı məğlub edərək, dünya çempionu olub.

Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.

18 dekabr

19:00. Argentina – Fransa

Qollar: Lionel Messi, 13-pen.(1:0), Di Mariya, 36 (2:0), Kilian Mbappe, 80-pen. (2:1), 82 (2:2), Lionel Messi, 109 (3:2), Kilian Mbappe, 118-pen. (3:3)

Penaltilər seriyası

Argentina + + + +

Fransa + – – +

Baş Hakim Şimon Marçinyak (Polşa)

“Lusail” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43