Kateqoriyasız

DÇ-2022: İTV mundialın şərhçilərini açıqladı

Qətərdə keçiriləcək dünya çempionatının oyunları Azərbaycanda “İctimai” TV-də (İTV) yayımlanacaq.

İdmanxeber.az xəbər verir ki, mundialın görüşlərinin şərhçiləri də artıq məlumdur. Bu barədə İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov “Səhərin şərhi” verilişində deyib.

Pərviz Musayev, Ramiz Mirzəzadə, Ramil Cahangirov, Gündüz Abbaszadə, Elnur Məmmədli, Tural Dadaşov, Ürfan Məmmədli və Əhməd Əliyev iş başında olacaq.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43