Kateqoriyasız

DÇ-2022: Pley-off oyunları start götürür – YENİLƏNİR

Bu gün DÇ-2022-nin pley-off oyunlarına start veriləcək.

İdmanxeber.az xəbər verir ki, əvvəlcədən 6 oyunun keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılacaq. FİFA Ukraynaya hücum səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Rusiyaya texniki məğlubiyyət verildiyi üçün Polşa birbaşa finala vəsiqə qazanıb. Ukrayna – Şotlandiya matçı isə iyun ayına təxirə salınıb.

Türkiyə millisi bu gün səfərdə Portuqaliyanın qonağı olacaq. Avropa çempionatının son qalibi İtaliya yığması isə Şimali Makedoniya ilə üz-üzə gələcək.

DÇ-2022
Pley-off mərhələsi, yarımfinal

24 mart

A yolu
23:45. Uels – Avstriya

B yolu
23:45. İsveç – Çexiya

C yolu
23:45. İtaliya – Şimali Makedoniya
23:45. Portuqaliya – Türkiyə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43